Ermənistanda əsir saxlanılan Aqşin Bəbirov və Hüseyn Axundovdan xəbər var

Ermənistanda əsir saxlanılan Aqşin Bəbirov və Hüseyn Axundovdan xəbər var
Oktyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərlə və Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkib.

Gundeminfo.az xəbər verir ki, bu barədə BQXK-dan bildirilib.

Qeyd olunub ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb: "Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir".

Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə əsir saxlanılan, guya “qətldə ittiham olunan” azərbaycanlı əsgər Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...