“Qırmızı körpü”də 1285 maşın növbə gözləyir: Gömrükdə nə baş verir?

“Qırmızı körpü”də 1285 maşın növbə gözləyir:
Beynəlxalq yükdaşıma ilə məşğul olan yük maşınlarının sürücüləri günlərdir ki, Azərbaycanın müxtəlif gömrük-keçid məntəqələrində qalıblar.

Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat vasitələri sərhədi keçmək üçün növbə gözləyir.

Dövlət Gömrük Komitəsinin Buraxılış məntəqələri üzrə iş şöbəsinin baş inspektoru Tural Quliyev deyib ki, buna səbəb qonşu ölkələrdə müşahidə edilən kəskin hava şəraitidir.

Tətbiq edilən məhdudiyyət səbəbindən yük avtomobilləri mərhələli şəkildə buraxılır.

Yerüstü Nəqliyyat Agentliyi də gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılması xidmətinə başlayıb. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Hazırda ''Xanoba'' -10, ''Samur'' - 10, ''Mazımqara''- 52, ''Biləsuvar''- 68, ''Astara''- 230, ''Qırmızı Körpü'' gömrük postlarında 1285 nəqliyyat vasitəsi gözləyir. Bildirilib ki, hər ötən gün keçid-məntəqələrində gözləyən nəqliyyat vasitələrinin sayında azalma müşahidə edilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...