Qiymətləndiricilər Cəmiyyətində nə baş verir? – Qarşılıqlı ittihamlar
“Hamınıza məlum olsun ki, AQC (Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti) ətrafında oyun gedir və baş verənlər tam qanunsuzdur”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc sosial şəbəkə hesabında yazıb.
Vüqar Oruc bildirib ki, o, 2022-ci ilin may ayında 7-ci hesabat-seçki konfransında sədr seçilib: “Ədliyyə Nazirliyi bunu 3 illik müddətə təsdiq edib. Hazırda AQC sədrinə məxsus olmalı olan bütün sənədlər, möhür və qanuni təmsilçilik statusu məndədir”.
AQC sədri qeyd edib ki, narazı qrupun “konfransı” əslində baş tutmayıb: "Belə ki, sədrliyim dövründə AQC-də şirkətlərin sayı 60-ı ötüb. Bu şirkətlərdən yalnız 1/3-i tədbirə qatılıb, özünü sədr elan edən dostumuz cəmi 20 səs alıb. 11 səslə sədr müavinləri seçilib. Yəni hər şey göz qabağındadır. Bu müraciətimin məqsədi ortada bir oyunun və saxtakarlığın olmasını diqqətinizə çatdırmaqdır. Oyun AQC-ni Qiymətləndiricilər Palatasının təsis edilməsi öncəsi zəif duruma salmaqdır. Onu da qeyd edim ki, AQC sədri kimi hal-hazırda görüşlərim və fəaliyyətim davam edir. Belə olan halda əsassız şəkildə başqa bir şəxsi mediadakı məlumatlarda bu qismdə təqdim etmək etik deyildir. Qarşı tərəfin yeni assosiasiya yaratmaq hüququ var, buna hörmətlə yanaşıram, hətta bu istiqamətdə dəstək verməyə, qeydiyyatı üçün hüquqi kömək göstərməyə də hazıram".
Məlumat üçün bildirək ki, 2 gün əvvəl Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü, “Əmlak Ekspert Mərkəzi” MMC-nin direktoru Ramil Osmanlı sosial şəbəkə hesabında Cəmiyyətin növbədənkənar konfransının keçirdildiyi barədə məlumat paylaşıb.
Ramil Osmanlı bildirib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə 19 iyul 2024-cü il tarixində təşkilatın növbədənkənar konfransı keçirilib: “Təşkilat üzvlərinin əksər çoxluğunun iştirakı baş tutan növbədənkənar konfransda Cəmiyyətin İdarə Heyətinin üzvlərinin və digər təşkilatlar üzvləri fikirlərini bildirərək, son iki ildə təşkilatın fəaliyyəti, müsbət və mənfi nəticələr, mövcud problemləri müzakirə edib, nöqsanları səsləndiriblər.
Lakin, Cəmiyyətin bu günə qədər sədri olan Vüqar Oruc konfransda iştirakdan imtina etdiyi üçün səsləndirilən nöqsanlara, iradlara cavab almaq mümkün olmayıb. Konfarns öz işini müvafiq qaydada həyata keçirməklə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin seçkili orqanlarına yenidən seçkilərin keçirilməsi barədə müsbət qərar verdikdən sonra seçki prosesi baş tutub.
Seçkinin nəticələrinin yekunu olaraq Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni sədri seçilib.
Eyni zamanda yeni tərkibdə, Ramil Osmanlı, Nüsrət İbrahimov, Rəşad Əliyev, Elnur Əsədov, Zamin Hüseynov, Nahid Həsənov, Ayan Qəmbərova, Pərviz Qulami, Xaliq Qurbanov, Səidə Şabanova, Şükür Hüseynov, Elçin Mahmudov və Fərid Hüseynov olmaqla, 13 nəfərdən ibarət İdarə Heyəti, Elnur Azadov, Günay İsmayılqızı, Vəfa Quliyeva, Emin Mədətov və Vasif Məmmədli olmaqla 5 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib”.
361 dəfə oxundu