Bakıda bağçalarda 4 günə yer dolub - Nazirlik uşaqları təhsildən məhrum edir?

Bakıda bağçalarda 4 günə yer dolub -
İyulun 26-da Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul başlanıb.

Qaynarinfo-nun məlumatına görə, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılsa da, 4 gün ərzində bütün yerlər dolub.

Xeyli sayda uşaq bağçalara qəbul olmaq hüququndan məhrum edilib. Bunlar arasında jurnalistlərin övladları da var.

Elm və Təhsil Nazirliyi isə bağçada oxumaq hüququndan məhrum olan uşaqlarla bağlı heç bir tədbir görmür.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bağçalara qəbul oluna bilməyən uşaqların valideynlərinə "yer yoxdur" deməklə kifayətlənir.
Bakıda bağçalarda 4 günə yer dolub -

2021-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra paytaxtda bağçalara qəbul planı bir qədər də artıb.

Bağçalarda valideynlərdən əlavə "aylıq ödənişlər" tələbi ləğv edilməsə də, nədənsə qəbulda problemlər yaradılır.
Bakıda bağçalarda 4 günə yer dolub -

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hər bağçada qəbul proseduruna uyğun olaraq say müəyyən edib. Həmin saydan bir nəfər də artıq şagird qəbul edilmir.

Nəticədə 180 nəfər şagirdin təhsil almaq imkanı olan bağçalarda qəbul sayı kəskin azaldılıb. Valideynlər övladlarını daha çox özəl bağçalara yönəltməyə məcbur edilir.

İllərdir Yeni Yasamalda yerləşən 98 saylı bağçada 150 nəfərdən çox şagird təhsil alırdısa, hazırda bu say həddi azaldılıb. Səbəbi isə guya bir sinifdə 30-32 uşaqdan artıq təhsil vermək imkanının olmamasıdır.

Bakıda bağçalarda 4 günə yer dolub -


Aylar əvvəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparan valideynlərin hesabları silinib. Hər kəsdən Elm və Təhsil Nazirliyinin nəzdində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "finiş fitini" gözləmək tələb edilib.

İyulun 26-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi "finiş fitini" çalan kimi bağçalarda qəbul başlanılıb. Üzərindən 4 gün keçməsinə baxmayaraq, nədənsə bağçalarda qəbul planı dolub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi silinən valideyn sorğuları ilə bağlı tələbləri isə rədd edir.

20 noyabr 1989-cu ildə "Uşaq hüquqları haqqında" Konvensiya BMT tərəfindən qəbul edilib və dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edən birinci universal kodeksdir. Bu kodeksə görə hər bir uşağın təhsil almaq hüququ var!



Emin Əmrullayev 27.07.2020-ci il tarixində Elm və Təshil Naziri təyin edilib. Nazir təyin olunana qədər isə uşaqların hüquqlarını qorumaq, valideynləri marifləndirmək üçün valideyn.az saytını işlədirdi. Amma nazir olduqdan sonra nədənsə Emin Əmrullayevin uşaqlar və valideynlər üçün nəzərdə tutduğu saytı işlətməyə vaxtı olmayıb...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
267 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...