“Naxçıvan TV” ilə bağlı cinayət işi açıla bilər – Baş Prokurorluğa müraciət olacaq

“Naxçıvan TV” ilə bağlı cinayət işi açıla bilər –
Hesablama Palatasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (Naxçıvan TV) tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı” müzakirə olunub.
Gundeminfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında dərc olunan məlumatda deyilir.
Bildirilib ki, müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların qurum tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə, habelə audit sübutları ilə dövlət vəsaitindən və dövlət əmlakından istifadədə aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...