Özünü deputat Azay Quliyev kimi təqdim etdi... - Hacı Xaliq Bəşər həbs olundu

Özünü deputat Azay Quliyev kimi təqdim etdi... -
AMEA-nın Fəlsəfə və hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbs edilib. Qaynarinfo-nun məlumatına görə, Xaliq Əhmədzadə (Hacı Xaliq Bəşər) İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və məhkəmənin qərarı ilə 30 gün müddətində həbs olunub.

Hacı Xaliq Bəşər idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılıb. Yol polisi avtomobilin 9707 manat cərimə borcu olduğununu və duracağa aparılacağını bildirilib. O, YPX əməkdaşlarına cərimələrdən xəbərsiz və onların qanunsuz olduğunu, məhkəməyə müraciət edərək sildirəcəyini deyib.

YPX əməkdaşları avtomobili duracağa aparmalı olduqlarını təkid ediblər. Hacı Xaliq hüquq elmləri doktoru, beynəlxalq elm və mədəniyyət mərkəzinin sədri, müstəqil hüquqşünaslar liqasının sədri və hüquq müdafiəçisi olduğunu, həmçinin 2005-2010-cu illərdə deputat olduğunu deyərək YPX əməkdaşlarının rəhbərliyi ilə əlaqə saxlamaq istəyib.

Yol polisləri dəfələrlə sürücüyə sənədlərini təqdim etməsini bildirsə də, sonuncu özünü Milli Məclisin deputatı Azay Quliyev kimi təqdim edərək onlara tabesizlik göstərib. Nəticədə müxtəlif bəhanələrlə iki saat müddətində YPX əməkdaşlarının xidməti fəaliyyətini pozub. Nəhayət güclü yağış başladıqdan sonra Hacı Xaliq Bəşərin avtomobili YPX əməkdaşlarının müşayiəti ilə Quba Rayon Polis Şöbəsinin duracağına yerləşdirilib.

Aparılan araşdırma zamanı Hacı Xaliq Bəşərin "Toyota Prado" markalı avtomobili sürmək üçün etibarnaməsinin olmadığı və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığı məlum olub.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında Xaliq Bəşər dələduzluqda ittiham edilərək həbs edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...