Supermarketlər əhalini belə aldadır - 500 milyonluq FIRILDAQ
Bakıdakı supermarketlərdə bir çox hallarda məhsulların rəf qiyməti ilə kassa qiyməti üst-üstə düşmür. Məhsulun kassa qiyməti daha baha olur. Kassir isə səbəb kimi rəf qiymətinin köhnə olmasını bildirir. Bəs bu cür halların aradan qaldırılması üçün hansı işlər görülməlidir?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, belə halların qarşısını almaq üçün dövlət orqanları heç bir tədbirlər görmür:
“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaxşı işləmir, bildirir ki, gərək istehlakçı malı alandan sonra kassa çekini götürüb rəfdəki qiymətlə müqayisə etsin. "Əgər onu aldadıblarsa, bizə çeki və rəfdəki qiyməti göndərsin. Biz bununla bağlı tədbir görək". Klinikalar
Belə bir effektsiz rabitə əlbəttə ki, heç kəsə uyğun deyil. Bu sahədə böyük problem yaşanır. Hətta elə olur ki, vətəndaşlar heç almadıqları malı, kart ödənişində çekə yazırlar. Azad İstehlakçılar Birliyinə gələn şikayətləri birləşdirsək, görərik ki, 1 ildə Azərbaycan vətəndaşları almadıqları malllar üçün 500 milyon manat pul ödəyirlər. Məsələn, Nizami küçəsində yerləşən “Qrand” marketdən Eyyub Hüseynov qabıqlı qoz alır, qoz ləpəsi yazırlar. Almadığı mal üçün 8 manat əvəzinə 68 manat yazırlar. Vətəndaş pomidor alır, götürüb kivinin qiymətini yazırlar. Belə kassa çekləri məndə var. Bu cür üsullarla əhalini aldadırlar. Adını çəkdiyim dövlət qurumu Prezidentə tabe olandan sonra gözləyirik ki, bu problemlərin həlli yolundan müsbət addım atılacaq. Ümumiyyətlə, həmin qurumda çalışanların çox hissəsi istefa verməlidir. Çünki onlar istehlakçı hüquqlarını qorumaqdan başqa digər işlərlə məşğul olurlar. Dövlət orqanları biznes qurmağın ərköyün obrazını yaradıb. Azad İstehlakçılar Birliyi bu haldan çox narahatdır”.
314 dəfə oxundu