“Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq” – Məzahir Pənahov
“Daxil olan müraciətləri araşdıracağıq”.
Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, milyonlarla insanın iştirak etdiyi tədbirdə hansısa pozuntu baş verə bilər:
“MSK hər zaman eyni prinsiplə işləyib. Bizim haqqımızda nə deyilir, nə yazılır qəti bizim üçün əhəmiyyəti yoxdur. Bizə lazımdır ki, Azərbaycan vətəndaşları görsün ki, qəbul etdiyimiz qərarlar əsaslandırılmış qərarlardır. Hansısa məntəqədə pozuntu halı ilə bağlı bizə müraciət daxil olmayıbsa, biz onunla bağlı qərar qəbul edə bilmərik. Biz işimizi yüksək səviyyədə görəcəyik. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bizim işimizi qiymətləndirəcək. Sosial şəbəkədə olan bütün görüntülər də araşdırılacaq. Biz nəticəyə gələcəyik. Əfsuslar olsun ki, çox vaxt beynəlxalq qurumlar, müraciət edənlər sona qədər iştirak etməkdən qaçırlar. Bu qədər kamera qarşısında danışırıq, araşdırırıq. Sabah bu sözümüzü dəyişmək olmaz. Çox tərəflər ağzına almasın ki, MSK-da məsələlər gizlin aparılır”.
250 dəfə oxundu