“Con Kerri varlı erməni diasporunun maraqlarını təmsil edir“

“Con Kerri varlı erməni diasporunun maraqlarını təmsil edir“

Asim Mollazadə: "Antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən aparılması xəbərində yeni heç nə yoxdur" Bunu Trend-ə Milli Məclisin üzvü, politoloq Asim Mollazadə bildirib. Politoloq qeyd edib ki, məhz C.Kerri Azərbaycan əleyhinə olan 907-ci düzəlişin müəlliflərindən biridir və Massaçusets ştatından senator olduğu vaxtlarda erməni diasporu ilə sıx fəaliyyətdə olub. A.Mollazadə istisna etmir ki, dövlət katibi postunda fəaliyyətinin bitməsi ərəfəsində C.Kerrinin erməni diasporu ilə əlaqələri yenidən güclənib: “Onun anti-Azərbaycan fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafı baxımından deyil, daha çox varlı erməni diasporunun maraqları ilə izah olunur”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...