AMEA-nın əməkdaşı ev növbəsinə görə özünü doğradı

AMEA-nın əməkdaşı ev növbəsinə görə özünü doğradı


Elmi işçi akademiyanın qapısının önündə damarlarını kəsib

Bakıda intihara cəhd olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neftkimya Prosesləri İnstitunda elmi işçi vəzifəsində çalışan 1956-cı il təvəllüdlü Bədəlli Məğrub Ağamalı oğlu qolundakı damarları kəsib. 59 yaşlı M.Bədəlli akademiyanın giriş qapısında özünə xəsarət yetirib və daha sonra təcili tibbi yardım maşını ilə 3 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, M.Bədəlli AMEA-dan ev tələb edir. O, bildirib ki, növbəyə yazılsa da, ona hələ də ev verilməyib. Qeyd edək ki, damarını doğrayan şəxsin adı bir sıra qalmaqallı məsələlərdə hallandırılır. M.Bədəlli bir sıra dövlət təşkilatlarını və nazirlikləri məhkəməyə verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 098 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...