Həcc ziyarəti üçün sənəd qəbulu avqustun 20-də başa çatır

Həcc ziyarəti üçün sənəd qəbulu avqustun 20-də başa çatır


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara müraciət edib. QMİ-dən APA-ya verilən məlumata görə, müraciət ziyarət üçün sənəd qəbulunun vaxtı ilə bağlıdır.

İdarədən bildiriblər ki, sənəd qəbulu avqustun 20-də yekunlaşacaq. QMİ-dən onu da əlavə ediblər ki, hələlik Həcc ziyarəti üçün ayrılmış 2400 yerlik kvota tam dolmayıb. Qeyd edək ki, sənəd qəbuluna fevralın 20-dən başlanılıb. Bu il Azərbaycandan Həcc ziyarətinə səfər sentyabrın 11-də başlayacaq. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır.

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 081 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...