Bağlanan banka borcu olanlar krediti hara ödəməlidir?

Bağlanan banka borcu olanlar krediti hara ödəməlidir?

Adı qalmaqallarda hallanan “Texnikabank” uzun müddətdir ki, müştərilərə maşın, ipoteka və digər kreditlər almaq imkanı təqdim edirdi. Redaksiyamıza daxil olan məlumatlara görə artıq bank kreditlərin aylıq ödənişlərini qəbul etmir. Belə olan təqdirdə isə insanları bir sual düşündürür ki, aldıqları kreditlərin aylıq ödənişini hara ödəsinlər? Bankdan aldığımız məlumata görə, ipoteka krediti xaric olmaqla digər kreditlərin aylıq ödənişini bank qəbul edir. İpoteka kreditlərinin ödənişini qəbul etməməyə gəlincə isə “Texnikabank”ın rəsmi səhifəsində sual cavab bölməsində bank yetkilisindən aldığımız məlumata görə, məsələ ilə bağlı hal-hazırda ipoteka fondu ilə danışıqlar aparılır.

Danışıqlar bitən zaman müştərilərə SMS vasitəsi ilə məlumat verəcəklərini deyən bank yetkilisi müştərilərə ipoteka ilə bağlı heç bir ödəniş etməməyi məsləhət gördü. Aylıq ipoteka kreditinin vaxtından keçsə, belə bu gecikmə sayılmayacaq və aylıq ödənişin üzərinə faiz gəlməyəcək: “Bizdə olan məlumata görə, ödənişləri başqa banka ödəyəcəksiniz. Hazırda hansı banka ödəniş olacağı ilə bağlı heç bir informasiya bankımızda mövcud deyil. Bank müəyyən olandan sonra sizə SMS vasitəsi ilə məlumat veriləcək".

İqtisadçı ekspert Qadir İbrahimli bankın lisenziyasının tam ləğv olunmadığı üçün konkret söz deməyin çətin olduğunu dedi: “Texnikabank”la bağlı hansı anlaşılmazlıqların olması ilə bağlı rəsmi məlumatlar yoxdur. Hər halda bu bankın lisenziyası ləğv edilməyib. Bankın səlahiyyətləri ləğv etmə komissiyasına verilməyib. Bu barədə çox şübhəli və qaranlıq proseslər gedir. Yalnız bankın bütün səlahiyyətləri ləğv edildikdən sonra həmin kreditlərin ödənilməsi başqa banklara həvalə edilə bilər. Belə bir rəsmi qərarda olmadığı üçün konkret söz demək çətindir".

Qeyd edək ki, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədərək 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Zal Yusifovun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.(musavat.com)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 113 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...