Şəkidən getdi, Qazaxıstanda fəhlələri aldadıb Azərbaycana qaçdı

Şəkidən getdi, Qazaxıstanda fəhlələri aldadıb Azərbaycana qaçdı


Qazaxıstanın Kokeştau şəhərində Azərbaycandan olan tikinti podratçısı fəhlələrə və iş adamlarına milyonlarla tenge pul “ataraq” qaçıb.

Virtualaz.org saytı xəbər verir ki, Kokeştau şəhərindəki tikintilərdən birinin podratçısı olan Sadiq Nurullayev fəhlələrə bir neçə min dollar borcludur. O, fəhlələrin pulunu müxtəlif səbəblərlə gecikdirib, sifarişçinin pulu vermədiyini iddia edib. Həmçinin fəhlələrə əzab verib, onları az qala bomjlara çevirib. Fəhlələr ac qalmamaq üçün pasportlarını lombarda qoyub pul götürüblər.
S.Nurullayevin aldatdığı işçilərin əksəriyyətinin Azərbaycandan onunla birgə işləməyə gedənlər olduğu bildirilir.

Şəki şəhərindən olan Nurullayev Kokeştau şəhərində sahibkarlara 12 milyon tenge (1 dollar=185 tenge) pul borcludur. O, ustalardan birinə ödəməli olduğu 3 min dolları da verməyib və həmin usta bilet pulunu birtəhər taparaq Bakıya dönüb. Borcluların şikayəti əsasında məhkəmə Nurullayevin Qazaxıstanı tərk etməsinə qadağa qoyub. Buna baxmayaraq Nurullayev sərhədi keçə və Azərbaycana qaça bilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 182 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...