Azərbaycan snayperi Ovanisyanı məhv etdi

Azərbaycan snayperi Ovanisyanı məhv etdi


Ermənistan Müdafiə Nazirliyi bu gün bir hərbçisinin Azərbaycan ordusunun snayperi tərəfindən vurulduğunu bildirir. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan öz facebook səhifəsində bildirib. “Təəssüf ki, bu gün biz itki verdik. Düşmənin snayper atəşindən sıravi Karen Paruyuroviç Ovanisyan həlak oldu”- deyə Ovanisyan bildirib.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi “bunun cavabsız qalmayacağını” deyib. Xatırladaq ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfini təmas xəttində vəziyyəti gərginləşdirməkdə, təkcə avqustun 11-dən 12-nə keçən gecə erməni mövqelərinə 82 millimetrlik minaatanlardan 109 zərbə endirməkdə, iki diversiya həmləsinə cəhd göstərməkdə ittiham etmişdi. Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, ötən gecə düşmən təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəsi intensiv pozub və cavab atəşi ilə susdurulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...