Rusiya ilə sərhəddə gərginlik həll olundu

Rusiya ilə sərhəddə gərginlik həll olundu


Xəbər verdiyimiz kimi, Azərbaycan-Rusiya sərhədində avtomobillərin böyük tıxacı yaranmışdı.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, son iki gündə Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillərin Rusiya ərazisinə daxil ola bilməməsi nəticəsində Samur çayı üzərində yerləşən körpünün Rusiya hissəsində avtomobil yığılıb və tıxac yaranıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycan-Rusiya sərhədində tıxacın yaranması sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində baş verən texniki problemlə əlaqədar olub.

Hazırda problem aradan qaldırılıb və avtomobillərin Rusiya ərazisinə keçidi tam təmin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 089 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...