Sülhəddin Əkbər "Azadlıq 2015"dən çıxacaq

Sülhəddin Əkbər "Azadlıq 2015"dən çıxacaq


"Bu il keçiriləcək parlament seçkilərinə hazırlıq prosesi çox mürəkkəb gedir. Ötən ilin sonunda seçkiyə hazırlığa start verdik, bütün qüvvələrimizi səfərbər etdik. İndiki şəraitdə isə bizim seçkidə iştirak edib-etməməyimiz açıq qalıb, çünki seçki ilə bağlı baş verənlər gözləntilərimizi doğrultmadı".

Bunu "Report"a açıqlamasında Azad Demokrat Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.

O bildirib ki, sentyabrda partiyanın Ali Məclisinin iclası olacaq və toplantıda seçkilə bağlı yekun qərar veriləcək: "Partiyamız yeni yaranıb, buna görə də ümid edirdik ki, Ədliyyə Nazirliyi seçkiöncəsi Azad Demokrat Partiyasını qeydə alar. Amma təəssüflər olsun ki, bu, baş vermədi. Ona görə də seçkidə iştirakla bağlı tərəddüd edirik".

S.Əkbərin sözlərinə görə, rəhbərlik etdiyi partiya parlament seçkilərinə qatılmayacağı halda, "Azadlıq-2015" seçki blokundan çıxacaq: "Blokdakı müttəfiqlərimizə seçkilərdə iştirakla bağlı tərəddüdümüz olduğunu demişik. Bizim bu mövqeyimiz anlayışla qarşılanıb. "Azadlıq-2015" seçki blokudur. Biz də seçkidə iştirak etməyəcəyiksə, blokdan çıxacağıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 066 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...