Beynəlxalq Valyuta Fondu rəhbərindən böhran xəbərdarlığı - 400 milyard dollar zərər olacaq

Beynəlxalq Valyuta Fondu rəhbərindən böhran xəbərdarlığı -

Kristin Laqard ticarət mübahisələrini həll etməyə çağırdı

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard dünya böhranı barədə xəbərdarlıqla çıxış edib.

Musavat.com Blooçberg-ə istinadən xəbər verir ki, K.Laqarda görə, dünya iqtisadiyyatında gözlənilən risklər reallaşmağa başlayıb və bu, dünya iqtisadi artımı ilə bağlı proqnozların pisləşməsi ehtimalı yaradır: “Altı ay əvvəl mən üfüqdə buludların görünməsi riskindən danışırdımsa, bu gün artıq həmin risklərin bir neçəsinin meydana çıxmasından danışmaq olar”.
BVF direktorunun sözlərinə görə, belə risklər arasında “real ticarət baryerləri”nə çevrilən proteksionist ritorika, pul-kredit siyasətinin sərtləşdirilməsi, həmçinin ABŞ dollarının möhkəmlənməsi nəticəsində inkişaf etməkdə olan iqtisadiyyatlara artan təzyiqlər də var. Laqard ölkələri ticarət ziddiyyətlərini tezliklə həll etməyə çağırıb. Onun fikrincə, əks halda, bu ziddiyyətlərin fond bazarlarında korreksiyalara, valyuta kurslarında kəskin təlatümlərə, kapital axınlarının zəifləməsinə gətirib çıxaracaq.

Xatırladaq ki, BVF ekspertləri ABŞ-Çin, ABŞ-Avropa Birliyi arasındakı ticarət müharibəsi və ziddiyyətlərin dünya iqtisadiyyatına 400 milyard dollar zərbə vuracağını hesablayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 092 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...