Şirəliyevin göstərişinə məhəl qoyulmadı - Yaralılara baxmağa görə 200 manat RÜŞVƏT İSTƏDİLƏR

Şirəliyevin göstərişinə məhəl qoyulmadı -

Dünən günorta saatlarında paytaxtın Binə qəsəbəsində 160 nömrəli avtobusun yük qatarına çırpılması nəticəsində baş verən dəhşətli qəzada yaralan şəxlər xəstəxanaya yerləşdirilib.

Gundeminfo.az Baku.tv-yə istinadən məlumat verir ki, xəstəxanada hadisə nəticəsində xəsarət alan şəxsin valideynlərindən rüşvət tələb olunub.

Belə ki, Ağayeva Rubay Cəfər qızının yaxınları 3 saylı şəhər klinikasının reanimasiyasında yerləşdirilən övladlarını görə bilmədiklərini bildirirlər. Valideyn iddia edib ki, xəstəxananın həkimləri övladlarını görmək üçün onlardan 200 manat pul tələb edir.

Sözügedən məsələyə münasibət bildirən Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova ittihamların həqiqətə uyğun olmadığını deyib.


VİDEO BURADA


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...