“Lotu Quli” Lənkəranskinin öldürülməsi üçün 5 milyon ödəyibmiş - Saxlanma səbəbi məlum oldu

“Lotu Quli” Lənkəranskinin öldürülməsi üçün 5 milyon ödəyibmiş -

Xəbər verdiyimiz kimi Azərbaycanlı qanuni oğru, Lotu Quli ləqəbli Nadir Səlifov ötən gecə Türkiyədə saxlanılıb.

BakuPost xəbər verir ki, avtoritetin saxlanmasi ilə bağlı bəzi detallar məlum olub. Belə ki, Azərbaycan və Rusiyada adı bir çox cinayət işində hallanan Lotu Quli 2016-cı ilin avqust ayında Rövşən Lənkəranskinin (Caniyev) öldürülməsi üçün sifaris verməkdə təqsirləndirilir.

İddialara görə Nadir Səlifov Lənkəranskinin öldürülməsi üçün "Şirinlər" adlı dəstəyə 5 milyon türk lirəsi ödəyib.

O həmçinin Türkiyədən Rusiyaya etdiyi tele-konfranslar vasitəsilə xərac toplamaqda ittiham olunur. Onun əsasən rusiyalı iş adamlarından vəsait topladığı bildirilir. Türkiyədə müvəqqəti olaraq saxlanılan Səlifovun dindirilməsi zamanı Lənkəranskinin cinayətindəki gizli detalların ortaya çıxacağı gözlənilir.

Lotu Qulinin istintaqı yekunlaşdıqdan sonra Azərbaycana ekstradisiya ediləcəyi deyilir.

Xatırladaq ki, 2016-cı ilin 18 avqust tarixində Caniyev İstanbul otellərinin birinin restoranında dəstəsinin üzvləri ilə görüş keçirib. Qanuni oğrunun avtomobili oteldən aralananda silahlı hücuma məruz qalmışdı. Hücum nəticəsində Lənkəranski və onun sürücüsü qətlə yetirilmişdi. 19 avqust tarixində Rövşənin nəşi Lənkərana gətirilərək dəfn edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...