“Uşağım tualetə çox getdiyi üçün…” – Bakıda şok olay (Video)
Teleaparıcı bəzi direktorları yıxıb-sürüdü: “Çəkilişin mantajına kimi əliniz çatır… Əliniz cibinizdə olduğu üçün…”
Amil Xəlilin təqdimatında Space Tv-də şənbə günü yayımlanan “Olar? Olmaz!” verilişində qeyri-adi araşdırma tamaşaçılara təqdim edilib.
Minval.info xəbər verir ki, Hovsanda yerləşən 281 saylı orta məktəbin 6 ci sinif şagirdi yeni mövsümdə təhsil almaq üçün məktəbə gedən Qabil sürprizlə qarşılaşıb. Ona “Sən 7-ci sinifə deyil, elə 6-ci sinifdə təhsil alacaqsan. Yəni sinifdə qalmısan” deyiblər. Bu sözlərdən təsirlənən Qabil valideynlərinə hadisə barəsində xəbər verib. Məktəbə gələn valideyn şoka düşüb.
Xanımın sözlərinə görə ona “sənin övladın ikinci rübdə dərs oxumadığı üçün 4 fəndən 2 qiyməti alıb. Həm də nadinc uşaqdır. Tez-tez ayaqyoluna gedir” açıqlamasını veriblər.
Yay imtahınına belə göndərilməyən Qabil indi haqqını tələb edir. Olduqca maraqlı araşdırmanı sizə təqdim edirik.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədovun Amil Xəlilə verdiyi açıqlamalar isə ortalığı bir az da qarşıdırıb. Teleaparıcı da gizlənən məktəb direktorlarını sərt tənqid edib: “Bu cür çəkilişlərdə gizlənirsiniz. Amma bir tədbir olanda özünüz zəng edib çəkiliş üçün xahiş edirsiniz. Qalstuklarınızı belə kamera önündə düzəldirsiniz. Çünki montajına kimi əliniz çatır. Bəs indi niyə yoxa çıxırsınız?”
779 dəfə oxundu