"Saatlı rayon İcra Hakimiyyətinə nə qədər şikayət etmək olar?" - NARAZILIQ
Saatlı rayon sakini Mirabad Rzayev “Cümhuriyət” qəzetinəmüraciət edərək övladlarının işsizliyindən şikayətlənib.
Bildirib ki, illərdir ailəlikcə işsizlikdən və bu səbəbdən də dolanışığın çətinliyindən əziyyət çəkirlər. Saatlı rayonunda olan bütün dövlət qurumlarına müraciət etsələr də, məsələ həllini tapmır:
“İki oğlum, qızım və ailəm işsizlikdən əziyyət çəkirik. Yalnız mən uşaq bağçasındagözətçi işləyirəm və 185 manat əməkhaqqı alıram. Böyük oğlum Daxili Qoşunlarda hərbi xidmət keçsə də, yanğından mühafizə idarəsində işə götürülmür. 5 ildir ki, Fövqəladə Hallar Nazirliyinə müraciət edirik, deyirlər vakant yer yoxdur. Kiçik oğlum və qızım da heç bir yerdə özlərinə iş tapa bilmir. Saatlı rayon İcra Hakimiyyətinə nə qədər şikayət etmək olar? Hələ bu azmış kimi adama hədə-qorxu da gəlirlər. Maraqlıdır ki, statistik məlumata görə Azərbaycanda işsizlik 5 faizdir. Ölkə başçısı bu yaxınlarda İmişli rayonunda olarkən qeyd etdi ki, hər bir vətəndaş işlə təmin olunmalıdır. İcra başçıları çıxış edəndə bildirirlər ki, rayonlarda iş yerlərinin sayı-hesabı yoxdur. Bəs hanı? Bizim kənddə kimin torpağı çoxdursa, iş yerlərini də onlara verirlər. Çünki icra hakimiyyəti kasıbın başından basır”.
Şikayətçi yaşadığı Novruzlu kəndinin daha bir probleminə toxunub. Dediyinəgörə, illərdir sakinlər qaz və işığa həsrətdirlər:
“Qabaqdan qış gəlir, amma qaz yoxdur. Tez-tez işıqlar sönür. Odun qırmağa da icazə verilmir. Bunu edəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimələyir. Qazanc olmayandan sonra cəriməni haradan verək? Başımıza nə çarə qılaq? Qışı necə keçinək? Bəlkə aidiyyatı qurumlar buna cavab versinlər? Mənim üçün maraqlı olan odur ki, xalqın etimadını doğrultmayan vəzifə sahibləri üçün niyə qanunlar işləmir? Kənddə icra nümayəndəliyi fəaliyyət göstərir. Çətin dolanan ailələrlə heç maraqlanan da yoxdur. Mənim bir az torpaq sahəm var idi. 9 il bundan əvvəl yoldaşım xəstəliyə tutuldu və məcbur qalıb torpağı satdım. Həmin pulla onu Bakıya xəstəxanaya gətirdim. Yəni, əlimdə torpaq sahəsi olsaydı, əkin-biçinlə məşğul olardıq. Oğlanlarım iş üçün rayondan didərgin düşüblər, Bakıda fəhləlik edirlər. Bu da həmişə olmur. İnsanın daimi işi olar. İş üçün hara gedək, kimə müraciət edək?”.
Mirabad Rzayevin sözlərinə görə, 2012-ci ildə o, Saatlı Rayon İcra Hakimiyyətinə şikayətə gedib. Amma icra hakimiyyətinin qarşısında həbs olunub və barəsində cinayət işi qaldırılıb:
“Oğlumla icra hakimiyyətinə getmişdik. Orada mübahisə düşdü və həbs olundum. 2 il idi ki, icra hakimiyyətinə gedib-gəlirdim, amma şikayətimə baxan yox idi. 3 ay həbsdə qaldım. Çıxandan sonra uşaq bağçasında mənə iş verildi. İndi də dövlət qurumlarına işlə bağlı müraciət edirəm. Hər şikayətimdə kobudluqla qarşılanır, onlardan nalayiq ifadələr eşidirəm.Şikayətlərimidavametdirdiyim üçündə övladlarıma heç yerdə iş verilmir. Amma mənim tələbim və istəyim yalnız balalarımın normal işlə təmin olub, dolanmalarıdır. Başqa heç nə istəmirəm”.
Şikayətçi tələbinin yerinə yetiriləcəyinə ümidlə yanaşdığını da deyib.
761 dəfə oxundu