Kərəm Həsənovun keçmişi gələcəyinin qatilinə çevrilir - Yeni NAZİRLƏR komitə sədrini təftiş edir

Kərəm Həsənovun keçmişi gələcəyinin qatilinə çevrilir -

Bu günlərdə “İspan çaxırına” qurban gedən Abel Məhərrəmovdan sonra tezliklə Həsənovların da “çexski pivəyə” qurban gedəcəyi gözləniləndir

Əmlak Məsələləri Dövlət Komitəsi əslində bir dövlət qurumu olsa da, Komitənin sədri Kərəm Həsənov onu şəxsi əmlakına çevirməyi bacarıb. Vəzifədə olduğu müddət ərzində “əmlak kralı” kimi özünü təsdiq edən komitə sədri barəsində zaman-zaman medyada ilginc informasiyalar yer alıb. Onun vəzifə pillələrində yüksəliş tarixçəsi barəsində isə yəqin ki, bilməyən yoxdur. Fərhad və Rafiq Əliyev qardaşları ilə sonradan sıcaq münasibətlərə çevrilən tanışlıq onu sözün əsl mənasında həyatın dibindən-Yasamaldakı kirayə evdən “əmlak kralına” çevirdi. Kərəm Həsənov “düzdür vəzifəyə sən qoymusan, ancaq çörəyi onlar verir axı” prinsipi ilə tezliklə ona vəzifənin dadını dadızdıran Əliyevlərin sıradan çıxarılmasında əsas fiqur oldu. Öz həmyerlisinin siyasi karyerasını məhv edən Həsənov özünün yeni karyerasının başlanğıcını qoyur.

Rubrika.az saytına daxil olan məlumatlara görə keçmiş MTN şefi Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından sonra Həsənovun MTN çetesi ilə isti münasibətləri ortaya çıxdı. Onun Eldar Mahmudovla olan işbirliyi sonradan başağrısına çevrilsə də K.Həsənov yenə də sudan quru çıxmağı bacardı. Bu dəfə də onun “günahsızlığı” qurbansız başa gəlməyib. Reputasiyasını qorumaq üçün Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovu qurban verən Kərəm Həsənov özünü qorumağı bacardı.

Onun MTN-lə olan əlaqələrinin qurulmasında və tənzimlənməsində qardaşı, deputat Malik Həsənovun əsas fiqur olduğu bildirilir. Verilən xəbərlərə görə ümumiyyətlə Malik Həsənovun parlamentdə oturmasında qardaşı qədər E.Mahmudaovun da əməyi olub. Ümumiyyətlə Malik Həsənovun qardaşının bütün fəaliyyətinin tənzimlənməsində, əlaqələrinin qurulmasında müstəsna rolu var. Rubrika.az saytına daxil olan məlumatlara görə Malik Həsənovun malik olduğu əlaqələr hesabına qardaşının heç də təmiz olmayan reputasiyasının qorunmasında, təmizə çıxarılmasında deputat kimi az əməyi keçməyib.

Rubrika.az saytına verilən məlumatlara görə Komitə sədrinin Çexiyanın müxtəlif bölgələrində, xüsusilə də Benetiçe və Karlovı Varı şəhərlərində mineral su zavodları mövcuddur. Həsənov qardaşları Çexiyanın spirtli içki bazarında da müəyyən paya malikdir. Pilzen şəhərindəki pivə zavodunun istehsal etdiyi pivə yerli bazarla yanaşı, xarici bazarlarda da uğurla təmsil olunmaqdadır. Bu günlərdə “İspan çaxırına” qurban gedən Abel Məhərrəmovdan sonra tezliklə Həsənovların da “çexski pivəyə” qurban gedəcəyi gözləniləndir.

Daş karxanaları qalmaqalından sonra Kərəm Həsənovun işi "daşa dirənib"

Adları milyardlıq korrupsiya əməllərində beynəlxalq miqyasda hallandırılan Həsənov qardaşlarının fəaliyyəti artıq yuxarı dairələrdə də araşdırılmağa başlayıb. Rubrika.az saytına verilən məlumatlarda bildirilir ki, vəzifəyə yeni təyin olunan Kənd Təsərrüfatı, eləcə də Ekologiya və Təbii sərvətlər nazirləri Kərəm Həsənovun fəaliyyətini ciddi təftiş etməyə başlayıblar. İllərlə özünün korrupsiya əməllərini məharətlə pərdələyən Komitə sədrinin keçmişi onun gələcəyinin qatilinə çevrilməkdədir. Səlahiyyətlərindən istifadə edərək hər iki nazirliyə aid əmlakın talanmasının, özəlləşdirilməsinin aşkara çıxarılması böyük rezonans doğurub. Araşdırmalar dərinləşdikcə şok faktların ortaya çıxdığı bildirilir. Aldığımız məlumatlara görə daş karxanalarının rəhbərlərinin həbs edilməsi bu prosesin ilk siqnalıdır. Zamanında Kərəm Həsənovun hər iki nazirliyə aid əraziləri ələ keçirməsi faktlarının aşkarlanması ciddi problemlər yaradıb. Hətta Malik Həsənov və digərləri də cidd-cəhdlə Komitə sədrini xilas etməyə çalışsalar da heç bir nəticə əldə olunmayıb. Daş karxanaları qalmaqalından sonra Kərəm Həsənovun işi daşa dirənib. Amma, deyəsən bu daş o daşdan deyil.

Araşdırmalarımız davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 403 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...