Bakı Şəhər İcra Hakimiyyətindən güclü küləklə bağlı VACİB XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyətindən güclü küləklə bağlı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sürücülərinə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir:

"Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında park etməsinlər".

Şöbə rəisi qeyd edib ki, ümumiyyətlə normal hava şəraitində də avtomobillərin ağacların altında park edilməsi tövsiyə olunmur.

O.Məmmədovun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tapşırığı ilə qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
704 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...