Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ: Əməliyyat edilən xəstə iflic oldu

Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ:

Bakıda dövlət xəstəxanasına yerləşdirilən xəstə əməliyyatdan sonra iflic olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə bu gün Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Akif Paşayev prostat əməliyyatı olunan zaman komaya düşüb. Sonra onun iflic olduğu məlum olub. Xəstə hazırda reanimasiyaya yerləşdirilib.

Xəstənin yaxınları bildirir ki, ona yardım üçün Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından səhər saat 7-də həkim çağrılsa da, nevropatoloq bu saatlarda gəlib çıxıb. Həkim gəlib, əməliyyat etsə də xəstənin səhhətində heç bir irəliləyiş qeydə alınmayıb. Əksinə A.Paşayevin vəziyyəti daha da ağırlaşıb. Xəstə hazıda komadadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...