192 min iş yeri hansı rayonlarda açılıb? - MƏLUM OLDU - RƏQƏMLƏR, SİYAHI

192 min iş yeri hansı rayonlarda açılıb? -

Azərbaycanda ən çox və ən az iş yerlərinin yaradıldığı rayon və şəhərlər məlum olub. Dövlət Statistika Komitəsindən FED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin ilk 9 ayında ölkədə 192 min 451 iş yeri yaradılıb. Bu iş yerlərinin 110 815-i və ya 57,6%-i dövlət, 81 636-sı və ya 42,4%-i özəl sektorda yaradılıb.

Komitə bildirir ki, bu dövrdə ən çox sayda iş yeri paytaxt Bakıda açılıb- 46 min 186 iş yeri. Bakıda yaradılan iş yerlərində özəl sektor böyük paya malikdir. Belə ki, iş yerlərinin 3 338-i və ya cəmi 7,2%-i dövlət sektorunun payına düşür. 42 min 848 iş yeri və ya 92,8% isə özəl sektorda yaradılıb.

Rayonlar üzrə ən çox yeni iş yeri Sabirabad və Bərdə rayonunda yaradılıb. Dövlət Statistika Komitəsi FED.az-a açıqlayıb ki, təkcə Sabirabad rayonunda ilk 9 ayda 23 min 557 yeni iş yeri yaradılıb. Bunun da 22 min 972-i və ya 97,5%-i dövlət sektorunun, 2,5%-i isə özəl sektorun payına düşür. Qeyd edək ki, Sabirabad rayonunun ümumilikdf 174 min əhalisi var və əhali sayına görə respublikada 11-ci yerdədir.


Bərdə rayonunda isə ilk 9 ayda 19 min 213 yeni iş yeri açılıb. Bunların 18 min 423-ü və ya 95,9%-i dövlət sektorunun, qalan 790-nı və ya 4,1%-i isə özəl sektorun payına düşür.
Çoxsaylı iş yeri açılan rayonların sırasını Beyləqan (14,4 min nəfər), Saatlı (10,8 min nəfər), Cəlilabad (8 min nəfər) davam etdirir. Bu rayonlarda da açılan iş yerlərinin əksəriyyətini – 94-97%-i dövlət sektorunun payına düşüb.

Özəl sektorda açılan iş yerlərinin sayına görə, Bakıdan sonrakı yerləri Abşeron rayonu (4,2 min) və Sumqayıt şəhəri (3,5 min) tutur.

192 min iş yeri hansı rayonlarda açılıb? -


Ölkədə ən az yeni iş yeri isə Xocalı -11, Şuşa -25, Xocavənd - 56, Laçın - 57 və Zəngilan -54 rayonlarında açılıb.
192 min iş yeri hansı rayonlarda açılıb? -

İşğal altında olan rayonları nəzərə almasaq ən az iş yeri Sədərək rayonuda və Şahbuz rayonunda açılıb. Sədərəkdə 66 iş yeri yaradılıb ki bunun da yalnız 1-i dövlət sektorunun payına düşür, qalan 65-i isə özəl sektor üzrə yaradılıb. Şahbuzda 103 yeni iş yeri yaradılıb bunun 11-i dövlət sektorunda qalan 92-i isə özəl sektorda yaradılıb.

Bu rayonlardan əlavə ən az iş yeri açılan digər 5 rayon aşağdakı cədvəldə aks olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...