““Serj, 5 rayonu geri qaytar” dedim, o isə…” - Lukaşenko ilk dəfə açıqladı

““Serj, 5 rayonu geri qaytar” dedim, o isə…” -

Prezident Aleksandr Lukaşenko daha əvvəl Belarusla Rusiyanın birgə iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırlanan təklif barədə ilk dəfə danışıb.

“Qafqazinfo” Belarus KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı bu məsələnin hələ Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitlərindən birində, Serj Sarkisyanın prezident olduğu dönəmdə müzakirə edildiyini xatırladıb. Lukaşenko o zaman Azərbaycan və Ermənistan liderlərini güzəştə gedərək problemi birgə həll etməyə çağırdığını vurğulayıb. Daha sonra Lukaşenko Sarkisyanla söhbətnin məzmununu açıqlayıb:

“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar. Qaytarmamaq üçün nə kimi səbəb ola bilər, axı onlar boş qalıblar. O isə dedi: əgər qaytarsam, onlar yolu kəsəcəklər, Qarabağı tutacaqlar və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, belə olan halda biz öz qoşunlarımızı yeridər və buna imkan vermərik”. Sarkisyan isə dedi: yox, biz buna getməyəcəyik, bunu istəmirik”.

Lukaşenko o zaman bunu təəccüblə qarşıladığını deyib: “Niyə görə istəmirlər? Beş rayon boşdur. Bu ilk addım olardı. O zaman Azərbaycan da, Ermənistan da KTMT və Avrasiya İqtisadi Birliyində olardı. Niyə imtina etdiniz? Axı Rusiya təminat verdi ki, əgər həmin rayonlar azad edilsələr orada heç vaxt müharibə olmayacaq. Hansı ki, özünüz də etiraf edirsiniz ki, onlar Azərbaycanındır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
759 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...