“Dedi ki, biletlərin hamısını satmasanız sizi buraxmayacağam” - orta məktəbdə qalmaqal - VİDEO

“Dedi ki, biletlərin hamısını satmasanız sizi buraxmayacağam” -


Söhbət paytaxtda fəaliyyət göstərən 194 saylı tam orta məktəbdən gedir.

GUNDEMİNFO.AZ “ARB TV”yə istinadən xəbər verir ki. sözügedən məktəbdə yeni il şənliyi keçiriləcək. Hazırlıqlar çərçivəsində nəfis tərtibatda biletlər də çap etdirilib. Bura qədər hər şeyə normal baxmaq olar. Təhsil ocağı tədbir keçirir və bunu səliqəli şəkildə təşkil etmək üçün şənlikdə iştiraka icazəni bilet əsasında təşkil edir. Məsələnin sual doğuran tərəfi həmin biletlərin məcburi qaydada satılmasıdır.

Şagird: “Rəşad müəllim müəllimimizə dedi ki, biletlərin hamısını satmasanız sizi tədbirə buraxmayacağam”.

“Dedi ki, biletlərin hamısını satmasanız sizi buraxmayacağam” -


Bu yerdə deyək ki, biletlərin tam həcmdə satılmayacağı halda bütün sinifin tədbirə buraxılmayacağını deyən Rəşad müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, tədbirin təşkilatçısıdır. Məktəb rəhbərliyinin də məsələyə münasibətini öyrənməyə çalışdıq.

Müsahibə verməkdən çəkinən direktor və müavininin şifahi açıqlaması belə oldu: “Şənliyin keçirilməsi üçün təşəbbüs valideynlərin özlərindən gəlib, bilet satışı isə məcburi deyil”.

“Dedi ki, biletlərin hamısını satmasanız sizi buraxmayacağam” -


Faktla bağlı məktəbdən ətraflı cavab ala bilməsək də Bakı şəhəri üzrə Təhsil İdarəsi məsələyə biganə qalmadı. İdarədən ARB TV-yə verilən məlumatda deyilir:

“Ümumtəhsil məktəblərində yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur. Müxtəlif qurumların ümumtəhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür”.

Onu da deyək ki, məsələyə müdaxiləmizdən sonra sözügüdən məktəbdə Yeni il şənliyi ləğv edilib. Məcbur və ya könüllü şəkildə satılan biletlər valideyinlərdən geri alınıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...