“Donuz qripi”nə yoluxmuş iki azərbaycanlı reanimasiyaya yerləşdirildi

“Donuz qripi”nə yoluxmuş iki azərbaycanlı reanimasiyaya yerləşdirildi

Gürcüstanın Marneuli rayonunda "donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxmuş 3 nəfər xəstəxanada müalicə olunur.
FUNDEMİNFO.AZ Report-a istinadən xəbər verir ki, onlardan ikisi yerli azərbaycanlıdır.

Pasiyentlər reanimasiya şöbəsinə yerləşdiriliblər. Bir azərbaycanlının vəziyyəti ağır, digərininki isə stabil qiymətləndirilir.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda 19 nəfər "donuz qripi”ndən ölüb. Hazırda qonşu ölkənin xəstəxanalarında 750-yə yaxın insan qrip virusundan müalicə olunur. Ölkədə 100 min nəfər sakinə 251 yoluxma halı düşür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...