“Türkiyə varsa, Azərbaycan heç nədən narahat olmamalıdır” Əhməd Davudoğlu

“Türkiyə varsa, Azərbaycan heç nədən narahat olmamalıdır”


“Türkiyə varsa, Azərbaycan heç nədən narahat olmamalıdır”.

Bu sözləri APA-nın sualına cavabında Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Prezident Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Zəfər bayramı münasibətilə Prezident Sarayında verdiyi ziyafətdə APA-nın “İğdırdan Azərbaycan sərhədinə doğru gedən yolda terror təşkilatı yol kəsib avtomobillərə od vurur. O bölgə daha sıx nəzarət altına alınıbmı?” - sualına baş nazir belə cavab verib: “Azərbaycana salamlar. 30 avqust Azərbaycanın da bayramıdır. Heç bir yerdə Azərbaycan üçün narahatlıq doğuracaq heç bir şey yoxdur. Hər şey nəzarətimiz altındadır. Azərbaycan əmin olsun ki, Türkiyənin olduğu yerdə Azərbaycan üçün narahatlıq yarada biləcək heç bir şeyə imkan verilməz. Millətimiz bundan əmin və rahat olsun. Azərbaycan bizim canımızdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 094 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...