Mənzillərin sənədləşdirilməsi tam sadələşdirildi

Mənzillərin sənədləşdirilməsi tam sadələşdirildi


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ildə vətəndaşlara müxtəlif fəaliyyət istiqamətləri üzrə 95 mindən çox elektron xidmət göstərilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, indiyədək elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslər tərəfindən 248 mindən çox müraciət qəbul edilib və qanunvericiliyə uyğun olaraq təmin olunub. Məlumata əsasən, hazırda komitə tərəfindən elektron və onlayn xidmətlərin sayının artırılması istiqamətində işlər aparılır. Yeni onlayn xidmətlər daşınmaz əmlakın alqı-satqısını tamamilə sadələşdirib. Komitənin yeni onlayn xidmətlərinin tətbiqi nəticəsində daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tamamilə sadələşib. Vətəndaşların əvvəllər qeydiyyatla bağlı vaxt sərf etdikləri hüquqi hərəkətlər indi onlayn rejimdə baş verir. Bununla da vətəndaşın qeydiyyat idarəsinə getmək, orada gözləmək və ya sənəd almaq üçün müraciət etməsinə ehtiyac qalmayıb. Komitənin elektron, SMS və onlayn xidmətləri məhz belə prosedurların aradan qaldırılması üçün yaradılıb.

Qeyd edək ki, onlayn xidmətlərin tətbiq olunmadığı əvvəlki dövrlərdə vətəndaş ona məxsus daşınmaz əmlakı qeydiyyatdan keçirmək üçün 4 dəfə qeydiyyat idarəsinə gəlməli olurdu. Lakin indi bu yalnız 1 prosedurdan ibarətdir. Təkrar bazarda alqı-satqı əməliyyatlarından sonra bütün hüquqi hərəkətlər onlayn qaydada həyata keçirilir. Vətəndaş yalnız sonda çıxarışını götürmək üçün ərazi idarəsinə gəlir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...