"Azərbaycanla Aİ arasındakı yeni saziş münasibətlərimizi daha da möhkəmləndirməyə imkan verəcək"

"Azərbaycanla Aİ arasındakı yeni saziş münasibətlərimizi daha da möhkəmləndirməyə imkan verəcək"
"Azərbaycanla yeni saziş üzrə danışıqlara başlamışıq. Bu saziş münasibətlərimizi daha da möhkəmləndirməyə imkan verəcək".

"Report"un Brüsselə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransın açılışında deyib.
Yunker Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının üç ölkəsi ilə artıq assosiasiya üzrə saziş imzaladığını, onlarla vizasız rejim barədə saziş imzalandığını xatırladıb. "Şərq Tərəfdaşlığı" ölkələri ilə yaxınlaşmağa çalışırıq.

Üç ölkə ilə assosiasiya sazişi, azad ticarət barədə saziş imzalamışıq. Avropa İttifaqı heç bir ölkəni seçim etməyə məcbur etmir. Biz Ermənistanın və ya digər tərəfdaşların seçim qarşısında dayanmasını tələb etmirik. Hər bir ölkənin seçimini özünün etdiyini başa düşürük", - deyə Avropa Komissiyasının rəhbəri bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...