Əli Əhmədov: "Mən bu tənqidi səsləndirməliyəm"

Əli Əhmədov: "Mən bu tənqidi səsləndirməliyəm"
"Azərbaycanda dövlətlə biznes strukturları arasında dialoq bundan sonra da davam etdiriləcək. Biznes daim inkişaf etdirilməlidir, özəl sektor sosial rifahın yaxşılaşmasına töhfə verməlidir".

"Report”un xəbərinə görə, bunu Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda dövlət büdcənin formalaşmasında özəl sahə o qədər də iştirak etmir: "Mən bu tənqidi səsləndirməliyəm. Özəl sahə daha da inkişaf etdirilməlidir. İstəyirik ki, onlar məktəb, bağça yaratsınlar, yəni elmə töhfə versinlər. Ekologiya ilə bağlı da layihələr həyata keçirə bilərlər. Azərbaycan hökuməti ekologiya ilə bağlı layihələrin həyata keçirilməsində maraqlıdır. Hökumət üzərinə düşən vəzifəni dərk edir, ona görə də daim özəl sahənin inkişafına diqqət ayırır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...