Musa Quliyevdən erməni katolikosuna cavab: Qarabağı yuxusunda görəcək
Erməni kilsəsi həmişə şər mənbəyi olub. Erməni kilsəsinin heç erməni xalqına xeyri olmayıb. O din ki, o dini ocaq ki siyasətə qarışır, o din, o dini ocaq da murdarlanır. Erməni kilsəsi də çoxdan murdarlanmış bir dini ocaqdır.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Musa Quliyev Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aramın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışına münasibət bildirərkən deyib.
“Bu mənada, katolikosun Qarabağın Ermənistana birləşdirilməsi bəyanatı heç də təzə söhbət deyil. Əslində, Qarabağla bağlı ilk bəyanatı 1988-ci ildə elə erməni katolikosu vermişdi”, - deyən millət vəkilinin sözlərinə görə, ondan ötən dövr ərzində ermənilər nə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya və tanıda, nə də onu Ermənistana birləşdirə bildilər.
“Çünki həm Azərbaycanın gücü, həm Azərbaycan prezidentinin apardığı beynəlxalq siyasət, həm də Azərbaycanın beynəlxalq aləmdəki imici və vaxtında apardığı diplomatik səylər buna imkan vermədi.
Bundan sonra da erməni katolikosu, yəqin ki, Dağlıq Qarabağı yuxusunda görəcək. Bəlkə, neçə əsr sonra gələn katolikoslar da ola bilər ki, bu fikirlərə düşsünlər, sərsəmləsinlər. Amma heç vaxt Qarabağ Ermənistana birləşməyəcək, Qarabağ Azərbaycan torpağı olaraq qalacaq.
Ola bilər ki, Qarabağdakı ermənilər köçüb, gedib Ermənistanda yaşayarlar. Bunu da zaman göstərəcək”, - deyə M.Quliyev əlavə edib.
644 dəfə oxundu