Avropadan Azərbaycana gələn turistlərə sadələşdirilmiş vizaların verilməsi üçün danışıqlar aparılır - Agentlik

Avropadan Azərbaycana gələn turistlərə sadələşdirilmiş vizaların verilməsi üçün danışıqlar aparılır -

Avropa İttifaqı ölkələrindən Azərbaycana daha çox turistin gəlməsi üçün onlara sadələşdirilmiş vizaların verilməsi, vizalarını hava limanlarında birbaşa ala bilmələri üçün danışıqlar aparılır.

Gundeminfo.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, ölkəyə turistlərin cəlb edilməsi üçün hazırda 6 istiqamət üzrə iş aparılır.

F.Nağıyev əlavə edib ki, yay turizm mövsümündə Azərbaycana Çin, Hindistandan turistlərin gələcəyi gözlənilir: "Bu turistlər artıq ölkədə müşahidə edilir. Bu yay Avropa ölkələrindən də Azərbaycana turistlərin gələcəyi gözlənilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...