Yerevan zooparkının direktoru heyvanların qətlində iitiham olunur

Yerevan zooparkının direktoru heyvanların qətlində iitiham olunur
Yerevan zooparkının keçmiş əməkdaşları və heyvansevərlər Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

“Report” “News.am”a istinadən xəbər verir ki, aksiya iştirakçıları zooparkın direktoru Ruben Xaçatryanın istefasını tələb ediblər. Etirazçılar onu qanunsuz əməllər törətməkdə və heyvanların qətlində ittiham edirlər.

Onlar bu aksiya vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanın diqqətini problemə və özlərinə çəkməyə cəhd göstərirlər.

Qeyd edək ki, mayın 1-də Yerevan zooparkının əməkdaşları mövsümün açılışı ilə əlaqədar zoologiya bağında etiraz aksiyası keçiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...