Kılıçdaroğludan şok: HDP-lilər İmamoğluna səs verəcək

Kılıçdaroğludan şok:
HDP ilə ittifaqımız yoxdur. Ancaq HDP-yə səs verənlərin böyük qismi Əkrəm İmamoğluna səs verəcək. AKP elektoratından da ciddi səs gələcək, biz bunu görürük. Özəlliklə mühafizəkar kəsim Əkrəm İmamoğluna səs verəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu son günlər Türkiyədə baş verən prosesləri şərh edərkən deyib.

O, bildirib ki, Yüksək Seçki Qurumunun 7 üzvü siyasi müqavimət göstərə bilməyib İstanbul seçkilərinin nəticələrini ləğv etdi: “Kimin səsi ləğv edildi? Vətəndaşın. Yüksək Seçki Qurumu İstanbul seçkilərinin nəticəsini ləğv edəndə bunu gözləyirdi: CHP üzvləri və tərəfdarları küçələrə axışacaq, polis bibər qazından istifadə edəcək, insanlar öləcək. Sonrada Ərdoğan ortaya çıxıb deyəcək ki, baxın, CHP budur”.

Kamal Kılıçdaroğlu hər bir seçicini seçkiyə getməyə çağırıb: “23 iyun seçkiləri bələdiyyə sədri seçkiləri çərçivəsindən çıxıb. Bu, haqsızlığa məruz qalan vətəndaşın haqqını geri alan seçkidir. Mən milli iradəyə güvənirəm. Demokratiyada son sözü deyən iradədir. Seçkidə böyük fərq gözləyirik”.

CHP sədri fikirlərini Ərdoğana ünvanlamaqla belə davam etdirib: “İmamoğlu həbsə girəcək – bunu demək istəyir. Ordu valisindən üzr istəməsən o kresloda əyləşə bilməzsən deyir. Sən kimsən? Milli iradənin üstündəmisən? Sənə açdığımız yolda irəliyə gedib, demokratiyanı ortadan götürürsən. Valilər var ki, vətəndaşa öküz deyib. Səsiniz çıxdımı?

Bir vaxtlar Ərdoğanın özü söyləyirdi ki, mənə mehtər ola bilməzsən deyirdilər, amma prezident oldum. Bunun yolunu sənə biz açdıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...