Məkkə hadisələrində zərər çəkənlər arasında azərbaycanlılar da var?

Məkkə hadisələrində zərər çəkənlər arasında azərbaycanlılar da var?


"Məkkədə baş vermiş hadisədə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması Səudiyyə Ərəbistanındakı səfirliyimiz tərəfindən araşdırılır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlәr Nazirliyinin mәtbuat katibi Hikmәt Hacıyev deyib. O bildirib ki, səfirlik məsələ ilə bağlı Səudiyyə Ərəbistanının dövlət qurumları ilə əlaqə saxlayır.

Qeyd edәk ki, sentyabrın 11-də Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub. Nәticәdә çoxlu sayda insan ölüb. Son məlumata görə, ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xəsarət alıb. Faciə “Məscidül-Həram” məscidinin genişləndirilməsi işləri zamanı baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 087 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...