Dima Bilanın seyfindən 9 milyon rubl yoxa çıxdı

Dima Bilanın seyfindən 9 milyon rubl yoxa çıxdı


Dima Bilanın seyfindən 9 milyon rubl yoxa çıxıb. Məşhur rusiyalı ifaçı və “Avrovizion” müsabiqəsinin ulduzu qarətçilərin qurbanına çevrilib.

Publika.az TASS-a istinadən xəbər verir ki, oğurluq ifaçının Yeni Moskvanın Rasskazovka kəndindəki evindən edilib. Araşdırmalar zamanı bir sıra maraqlı faktlar meydana çıxıb. Təxminən gecə saat 1-ə yaxın Novomoskovsk inzibati rayonunun polis şöbəsinə oğurluq barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis qıfılın sındırıldığının şahidi olub. İstintaq-əməliyyat qrupu 33 yaşlı ev sahibini və gözətçini dindirib, evdəki əşyalardan nümunələr götürüblər.

Qarətçilərin axtarışına başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 007 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...