İşdən çıxarılan müdir direktoru təhqir etdi - Saxlanıldı
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədovla görüşə bilməyən keçmiş işçisi xəstəxanada səs-küy saldığı üçün saxlanılıb.
Gundeminfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 18 dekabr 2023-cü ildə Məmmədtağı Əhmədovun əmri ilə anbar müdiri Zaur Kərimov (ad şərti) məzuniyyətdən qayıtdıqdan sonra işdən çıxarılıb.
O, dəfələrlə xəstəxananın rəhbərliyinə işdən çıxarılma səbəbinin açıqlanması ilə bağlı müraciət etsə də, direktor onunla görüşməkdən imtina edib.
Ətraflı
Ad - 00:28
Sabiq müdir 8 aprel 2024-cü il tarixdə spirtli içki qəbul edib və yenidən direktorla görüşmək məqsədilə xəstəxananın inzibati binasına yollanıb. Lakin direktor yenə də onunla görüşməkdən imtina edib. Buna görə də əsəbiləşərək hay-küy salmağa başlayıb və ünvansız nalayiq ifadələr işlədib.
Direktorun şikayəti əsasında sabiq müdir saxlanılıb. 34 yaşlı Zaur Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Zaur Kərimov sözügedən maddə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 70 manat məbləğində cərimə edilib
404 dəfə oxundu