Kəmaləddin Heydərov yenidən gömrüyə əl qoyur
Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə yeni rəhbər təyin olunub.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” Birliyinin direktor vəzifəsinin müvəqqəti icrası general-mayor Kənan Aşurluya tapşırılıb.
Qeyd edək ki, Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, 51 yaşlı K.Aşurlu Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır.
GUNDEMİNFO.AZ olaraq xatırladaq ki, Səfər Mehdiyevin Dövlət Gömrük Kom itəsinə rəhbər təyin edilməsindən sonra fövqaləda hallar naziri Kəmaləddin Heydərova yaxın kadrlar gömrük sistemindən uzaqlaşdırılmışdılar. Maraqlı məqam odur ki, Şahin Bağırovun vəzifəyə qayıtması ilə gömrükdə vəziyyət dəyişib.
Bir neçə gün öncə məlumat vermişdik ki, S.Mehdiyevin Gömrük Komitəsinə sədr təyin edilməsindən dərhal sonra işdən çıxarılan bəzi yüksək çinli məmurlar yenidən vəzifəsinə bərpa olunmağa başlayıb. Hətta yaxın günlərdə Mehdiyevin işdən uzaqlaşdırdığı Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun da vəzifəyə qaytarılacağı gözlənilir.
Baş verənlər bir daha onu deməyə əsas verir ki, uzun illər gömrük sistemiondəki işini itirənlər Fövqəladə Hallar Nazirliyində vəzifəyə daşınıblar. Hazırda əks, yəni gömrüyə qayıtma prossesinə start verilib.
Nəticə etibarilə də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yenidən gömrükdə nifuz sahibi olacağı gözləniləndir.
506 dəfə oxundu