"İranlı casus snayperlə Prezidentə sui-qəsd hazırlamışdı, qarşısını aldıq"
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, 2021-ci ilin aprelindən həbsdə olan general Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan üç nəfər polkovnikin – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun işinə hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır.
Yeniavaz.com "Meydan TV"yə istinadla xəbər verir ki, yanvarın 30-da hakim İlqar Murquzovun sədrliyilə keçirilən məhkəmə iclasında Mövlam Şıxəliyev çıxış edib. O vurğulayıb ki, verilən ittihamların heç birini qəbul eləmir, özünü qətiyyən təqsirli bilmir.
“Nə biz Müdafiə Nazirliyinin işçiləri idik, nə də mən korpus komandiri idim ki, işçilərin hamısı mənə tabe olsun, göstərişlərimi yerinə yetirsin. Mən idarəyə daxil olan sənədlərin qeydiyyatına nəzarət eləmişəm, bölgüsünü həyata keçirmişəm. Nəzarətdə saxlamışam ki, süründürməçilik olmasın. İttihamı elə yazıblar ki, sanki istintaq qrupunun üzvləri bizimlə oturub, görüb ki, mən öz işçilərimi necə yığıran, necə rüşvət alıram. Halbuki, belə şey olmayıb. Qanunda da yazılıb ki, prosessual rəhbərliyi prokuror həyata keçirir. İstəmirəm, jurnalistlər gedib yazsınlar ki, Mövlam Şıxəliyev hər şeyi prokurorluğun üstünə atdı. Mənə nə Baş prokuror, nə Rüstəm Usubov qanunsuz göstəriş verib. Mənim təqsirim yoxdur”, – Mövlam Şıxəliyev bildirib.
O deyir ki, 32 epizod üzrə ittiham irəli sürülüb. Lakin bu epizodların heç biri üzrə prokurorluq bircə mötəbər sübut ortaya qoymayıb. Təqsirləndirilən general hesab edir ki, MTN işi üzrə Baş prokuror Kamran Əliyev və onun birinci müavininə də yalan məlumat verib, onları aldadıblar: “İnanmıram ki, əks halda, Kamran müəllim bu işə qol qoyaydı. İttihamda yazıblar ki, guya mənə 2008-ci ildə general rütbəsi almağım münasibətilə “Vertu” telefonu verilib. Halbuki, mən bu rütbəni 2010-cu ildə almışam. Bunu belə araşdırmadan ittihama yazıblar. Yaxud da guya mən 28 May küçəsində evimdə rüşvət almışam, bunu görüblər. Halbuki, mən 28 May küçəsində yaşamıram, mənim evim Nizami küçəsindədir, maliyyə naziri Samir Şərifovla qapı qonşuyuq. Əgər kimlərəsə mənim həbsim lazımdırsa, daha bu adamları (digər üç təqsirləndirilən şəxsi nəzərdə tutur-red.) niyə tutursuz? “Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyevin əmlakının alınmasıyla bağlı mənə ittiham verilib. Tamamilə yalandır. Onun əmlakı necə satılıb, niyə araşdırılmadı. O əmlakı Eldar Ələkbərov adlı şəxs alıb, pulu verilib, ondan sonra da Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev alıb. Mənə nə aidiyyəti var bu məsələnin ki, mənə ittiham verilib?”
Mövlam Şıxəliyev orden və medallarının, general rütbəsinin alınmasından da danışıb. O bildirib ki, həmin mükafatlar bir sıra xidmətlərin müqabilində onlara verilmişdi: “Biz Prezidentə sui-qəsdin qarşısını almışdıq. Heydər Əliyev Mərkəzinin qarşısında iranlı casus ev kirayələmişdi, yüksək dəqiqliklə vuran snayperlə Prezidentə sui-qəsd hazırlanmışdı. Vüsal Ələkbərov və Sahib Ələkbərovun sayıqlığı nəticəsində onun qarşısı alındı. O, uzunmüddətli həbsə göndərildi. Hacı Məmmədovun dəstəsi Bakıya vəlvələ salmışdı, 12 qətl hadisəsi törətmişdi. Biz necə çətinliklə onun qarşısını aldıq. Elmar Hüseynovun qatillərini aşkarladıq. Tahir Xubanov, Teymuraz Əliyev, Serxio… Biz bu işlərə görə almışıq o rütbələri, orden və medalları. Bir cümlə ilə yazırlar ki, alınsın o rütbələr, orden və medallar…”
Məhkəmədə Mövlam Şıxəliyevlə zərərçəkmişlərdən Hüseyn Səfərov arasında mübahisə yaranıb.
Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmüylə müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını da tələb edir. Onun sözlərinə görə, həmin əmlakların bir qismi ailə üzvlərinə vərəsəlik əsasında keçib: “1953-cü ildə babamdan qalmış evi də müsadirə ediblər. Yaxud qızım 2004-cü ildə ailə qurub, 2014-cü ildə həyat yoldaşıyla birlikdə mənzil alıblar, həmin əmlakı da müsadirə ediblər…”
Fevralın 6-da keçiriləcək növbəti məhkəmə iclasında digər keçmiş MTN-çilər çıxış edəcək.
Adları çəkilən sabiq MTN-çilərdən Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda digər üç nəfər də məhkəmə zalında həbs edildi. Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edildi.
Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.
Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.
552 dəfə oxundu