Bakıda qadın qətlə yetirilib, intihar kimi təqdim edilib

Bakıda qadın qətlə yetirilib, intihar kimi təqdim edilib
Bakıda qətl törədilib, hadisəni törətməkdə şübhəli billinən şəxs bunu hüquq-mühafizə orqanlarına intihar kimi təqdim edib.

“Report”un əldə etdiyi məlumata görə, bu gün Xətai rayonunda evlərdən birində 1977-ci il təvəllüdlü Solmaz Mansurova 15 yaşlı oğlu tərəfindən qətlə yetirilib.

Daha sonra yeniyetmə hüquq-mühafizə orqanlarına zəng vuraraq anasının intihar etdiyini bildirib. Polis əməkdaşları hadisə yerinə yollanıb.

Araşdırmalarla qətlin mərhumun oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü şübhəli tutularaq istintaqa təhvil verilib.a



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...