Rusiyaya casusluq edən britaniyalıya 13 il həbs cəzası verilib

Rusiyaya casusluq edən britaniyalıya 13 il həbs cəzası verilib

Britaniyanın Berlindəki səfirliyində Rusiyaya casusluq edən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, şotlandiyalı David Smith Britaniyanın Berlindəki səfirliyində mühafizəçi çalışarkən Rusiyaya casusluq edib. O, həmçinin Britaniya səfirliyinin təhlükəsizlik köşkündə CCTV monitorlarının videosunu çəkib.

Üç gün davam edən məhkəmə iclasından sonra hakim qeyd edib ki, David Smith Rusiya rəsmilərinə səfirlik işçilərinin adlarını, fotoşəkillərini və şəxsi məlumatlarını, habelə gizli sənədləri təqdim edib və casusluğa görə pul alıb. O, həmçinin səfirlik ətrafında geniş gəzintisini lentə alıb, pəncərələrdən çəkiliş edib və bu da binanın və onun ofislərinin planını aşkar edib.

David Smith, Berlindəki səfirlikdəki həmkarlarına Britaniya, Almaniya və Qərbi aşağılayan şərhlər də verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 329 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...