Ded Xasanın qohumu azərbaycanlı “qanuni oğru”nun yanında döyüldü

Ded Xasanın qohumu azərbaycanlı “qanuni oğru”nun yanında döyüldü


Rusiya kriminal aləminin “xaç atası” olmuş Ded Xasanını qohumu vəhşicəsinə döyülüb. Cebhe.info xəbər verir ki, Moskvanın mərkəzində Ded Xasanın qohumu, kriminal avtoritet “Alik Krasnodarski” ləqəbli Roman Rasoyev vəhşicəsinə döyülüb.

Ded Xasanın yaxın ətrafına daxil olan "Alik Krasnodarski"nin döyülmə hadisəsi Böyük teatrın yanındakı ticarət mərkəzində baş verib. Alik ora dostu, “qanuni oğru” Vaqif Bakinski ilə gəlib. Bayram alış-verişinə gələn kriminal avtoritet və onun yaxın dostu Dağıstandan olan Amir adlı avtoritetlə rastlaşıblar. Amir Alikin ona 50 milyon rubl borcunun olduğunu deyib. Daha sonra isə elə ticarət mərkəzində yerləşən barda Ded Xasanın qohumunu döyüb.

Hadisədən dərhal sonra Amir öz mühafizəçiləri ilə birlikdə hadisə yerini tərk edib. "Alik Krasnodarski" isə xəstəxanaya yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 076 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...