Saatlıdakı aksiyalara görə 3 nəfərin həbs edildiyi deyilir

Saatlıdakı aksiyalara görə 3 nəfərin həbs edildiyi deyilir
Saatlı rayonunda dünənki etiraz aksiyasının üç iştirakçısı inzibati qaydada həbs edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli sakinlər Turan-a məlumat veriblər.
Belə ki, Anar Hüseynov 20 sutka, Şıxəli Məmmədov 12, Habil Xanlarov 15 sutka həbs edilib.
Sakinlərin sözlərinə görə, onlar polisə tabe olmamaqda təqsirli biliniblər.
Beş nəfər isə ötən gün sərbəst buraxılıb.
Qeyd edək ki, martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kəndlərinin sakinləri onların torpaq sahəslərinə su verilməməsinə etiraz olaraq Bakı istiqamətində avtomagistralı bağlayıblar. Polis güc tətbiq edərək aksiyanı dağıdıb. Yerli sakinlərin məlumatına görə, üç nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...