"Kərimə dövləti"nin “ideoloqunun” adı əfv siyahısına necə düşüb?
Məlum olur ki, hazırda İranda gizlənən Rufulla Axundzadənin adı Leyla Yunusun siyahısında olub
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun ötən həftə açıqladığı birgə məlumatda adı keçən Rufulla Axundzadənin vaxtilə əfvlə azadlığa buraxılması məlum olub. 2011-ci ilin yanvar ayında tutularaq, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq), 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri üzrə ittiham edilən və 11 il 6 ay azadlıqdan məhrum olunan Rufullah Höcət oğlu Axundzadə necə olub ki, əfv sərəncamına düşərək azadlığa çıxıb?!
Bildirilir ki, Rufullah Axundzadə həbsdə olarkən də ailə üzvləri vasitəsilə İrana bağlı mediaya məlumatlar ötürərək heç bir əməlindən peşman olmadığını dilə gətirirdi. O, həbsdə olarkən “Məni əfv etməyin! Üzr istəyin və bəraət verin!” demişdi. Təsadüfi deyil ki, R.Axundzadə 2021-ci ilin mart ayında azadlığa çıxandan dərhal sonra Azərbaycan vətəndaşlığından imtina etdiyini bəyan edərək İrana gedib. 11 il 6 ay həbs cəzası alan və cəzasının çəkilməyən hissəsindən (1 il 4 ay) azad edilən R.Axundzadə necə olub ki, azadlığa çıxıb? O, İrandadır və yenidən fars xüsusi xidmət orqanlarının tapşırıqları ilə Azərbaycan əleyhinə fəaliyyətini davam etdirir.
Oxu.az yazır ki, R.Axundzadə əfv sərəncamına salınmamışdan öncə onun İranda yaşayan və "Kərimə dövləti"nin əsas "ideoloq"larından olan Tohid İbrahimbəylinin qayınatası olması nəzərə alınmalı idi. Çünki R.Axundzadə həbsdə olarkən T.İbrahimbəyli Azərbaycana təhdidlər yağdırır və burada müxtəlif şəxsləri İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edirdi. T.İbrahimbəylinin qayınatası R.Axundzadənin azadlığa çıxması hüquqi və mənəvi baxımdan ciddi məsuliyyət yaratmalı idi.
Rufulla Axundzadənin vəsatəti geri qaytarılıb
“Əldə olunan məlumatlardan görünür ki, Penitensiar Xidmətin 15 saylı rejimli cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan R.Axundzadə həbsdə olduğu müddətdə güzəştli şəraitdə saxlanılıb. Cəzaçəkmə müəssisəsinin rəisi digər məhkumlardan fərqli olaraq, R.Axundzadəyə xüsusi diqqət göstərib. O, səliqəli otaqda saxlanılıb, "razvod"a çıxmayıb və cəzaçəkmə müəssisəsinin qanunla müəyyənləşdirilmiş sərt qaydalarından tamamilə kənarda tutulub. Həbsdə olduğu müddətdə daha da radikallaşan R.Axundzadənin islah olunması ilə bağlı heç bir addım atılmayıb", - deyə saytın məlumatında bildirilir.
Əliməmməd Nuriyev: DİN yanında ictimai şuranın nümunəvi bünövrəsini qoymaq istəyirik
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a bildirdi ki, əfv siyahısına düşən şəxslər mərhəmət, humanizm və sosial ədalət prinsiplərinə əsaslanaraq tərtib olunur. O qeyd etdi ki, məhbuslar bir neçə məqamı nəzərə alaraq bu siyahıya düşə bilərlər: “Məhbusun yaş həddi, sağlamlıqla bağlı problemi, yaxud ailəsində şəhid, qazi olması nəzərə alınır. Eyni zamanda davranışı qənaətbəxşdirsə, zərərçəkmiş barışığa hazırdırsa, dəymiş ziyan ödənibsə, əvvəllər cinayət törətməyibsə və s. kimi amillərə diqqət edilir. Əlbəttə ki, qərar qəbul edilərkən cəmiyyətin, dövlətin, zərərçəkmişin maraqları nəzərə alınır. Əfv sərəncamına düşən şəxslərin 99 faizi yenidən cinayət törətmir. Bu da onu göstərir ki, əfv çox effektiv, səmərəli işləyir. Belə görünür ki, sözügedən şəxs cəzasının böyük hissəsini çəkdiyi üçün bu amil nəzərə alınıb”.
Ə.Nuriyev vurğuladı ki, azadlığa çıxmış şəxsin yenidən cinayət törədib-törətməyəcəyini proqnozlaşdırmaq mümkün deyil: “Nəzərə almaq lazımdır ki, əfv sərəncamına düşən şəxs yenidən cinayət törədirsə, ikinci dəfə əfv olunmur. Bunun üçün müstəsna səbəblər olmalıdır. Bu, xüsusilə ağır cinayət törətmiş şəxslərə aiddir”.
O caniyə ölüm cəzası vermək azdır!” – Novella Cəfəroğlu Yeni Sabah
Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, həqiqətən dinlə məşğul olan, İranla əlaqəsi olmayan şəxslər üçün müraciət edilir. N.Cəfəroğlu hesab edir ki, ağır cinayət törətmiş şəxslərin azadlığa çıxması üçün müstəsna səbəb olmalıdır: “Biz siyahı tərtib edərkən istisna halları nəzərə alırıq. Rufulla Axundzadənin adı Sülh və Demokratiya İnstitutunun siyahısında var idi”.
Xatırladaq ki, Sülh və Demokratiya İnstitutu ((SDİ) 2014-cü ildə Azərbaycandakı siyasi məhbusların siyahısını təqdim edib. SDİ-nin direktoru Leyla Yunus 2014-cü ilin yanvarınadək olan 134 siyasi məhbusun və ya siyasi motivlərlə həbs olunmuş şəxslərin siyahısını təqdim etmişdi. Həmin siyahıda dindar fəallar arasında Azərbaycan İslam Partiyasının üzvləri arasında Rufulla Axundzadənin adı var.
532 dəfə oxundu