Azərbaycanda xüsusi cihazla qızıl axtaran şəxs həbs edildi

Azərbaycanda xüsusi cihazla qızıl axtaran şəxs həbs edildi

Aprelin 18-də Astara rayonunda xüsusi cihaz vasitəsilə qızıl axtaran şəxs polis tərəfindən saxlanılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Hamuşam kəndində baş verib.

Kənd sakinləri polisə müraciət edərək 1977-ci il təvəllüdlü Vidadi Vəliyevin (şərti ad-soyadlı) yaşadıqları ərazidə qanunsuz qızıl axtardığını və ondan şikayətçi olduqlarını bildiriblər. Hadisə yerinə polis əməkdaşları gəlib və həmin şəxsi Astara Rayon Polis Şöbəsinə aparmaq istəyiblər. Bu zaman V.Vəliyev qanunsuz əməl törətmədiyini deyərək etiraz edib.

Polislərin məcburi qaydada RPŞ-yə apardıqları şəxs barəsində inzibati protokol tərtib edilib.

Xüsusi cihazla qızıl axtaran şəxs daha sonra Astara Rayon Məhkəməsinə aparılıb və məhkəmənin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...