Şəhid övladlarının məzarını təmizləyərkən pulqabısı və telefonu oğurlandı

Şəhid övladlarının məzarını təmizləyərkən pulqabısı və telefonu oğurlandı
Mingəçevirdə şəhid anasına qarşı oğurluq əməli törədilib.

“Qafqazinfo” xəbər verir ki, Vətən müharibəsində şəhid olmuş Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gedib. Məzarların ətrafında təmizlik işləri apararkən onun başının qarışmasından istifadə edən şəxs qadının çantasından telefon və pulqabısını oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub. Saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...