Vəkillər İlkin Süleymanova bəraət istəyib
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkilləri - Əlibaba Rzayev, Zabil Qəhrəmanov, Murtuzəli Abbasov müdafiə çıxışı edirlər. Vəkillər birgə hazırladıqları çıxışda İlkin Süleymanova bəraət verilməsini istəyiblər. Qeyd olunub ki, İlkin Süleymanovun ittiham olunduğu cinayətlə əlaqəsi yoxdur: “İlkin Süleymanov günahkar deyil. Dəlil və sübutlar, şahid ifadələri, o cümlədən İlkinlə bir kamerada saxlanılan şəxslərin, müxtəlif ekspertlərin ifadələri də müttəhim kürsüsündə oturan şəxsin cinayətkar olmadığını təsdiqləyir. Həqiqət çılpaqlığı ilə ortada olsa da, prokuror ona 20 il iş istəyib”.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayət işi üzrə təqsirləndirilən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
529 dəfə oxundu