“Fəaliyyətimdə heç bir nöqsan aşkarlanmayıb” - FHN polkovnikindən açıqlama

“Fəaliyyətimdə heç bir nöqsan aşkarlanmayıb” -

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti və Tibb Mərkəzinin üç vəzifəli şəxsinin vəzifədən çıxarılması barədə məlumat vermişdik. Məlumatda qeyd edilirdi ki, Tibb Xidmətinin maliyyə şöbəsinin rəisi, mayor Anar Ələkbərov, Tibb Mərkəzinin maliyyə şöbəsinin rəisi, mayor İlham İmanov və Tibb Xidmətinin dərman və innovasiya şöbəsinin rəisi, polkovnik-leytenant Rəşad Feyzullayevin vəzifədən uzaqlaşdırılmasına səbəb maliyyə pozuntularının aşkarlanmasıdır.

Rəşad Feyzullayev redaksiyamızla əlaqə saxlayaraq baş verənlərə aydınlıq gətirib. Polkovnik-leytenant Qaynarinfo-ya açıqlamasında yoxlamaların aparıldığını təsdiqləsə də, fəaliyyətində heç bir nöqsan aşkarlanmadığını bildirib:

"Təqvim olaraq 20 ildən çox hərbi xidmətim var. Bunun 6 ilə yaxını döyüş bölgəsində keçib. Xidmətim zamanı dəfələrlə kompleks və təftiş yoxlamalardan layiqincə çıxmışam. Bu ilin may ayında barəmdə aparılmış son yoxlama zamanı iş fəaliyyətimdə heç bir nöqsan aşkarlanmayıb. Hazırda tibb xidməti polkovnik-leytenantı rütbəsindəyəm və təqaüdə çıxmaq niyyətim var.

Sərəncamda olduğuma baxmayaraq, Türkiyə Respublikasında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə zəlzələ bölgəsində (Kahramanmaraş şəhəri) FHN-nin ikinci mobil səhra hospitalını açıb, ona texniki xidmət göstərmişəm. 11.02.2023-16.03.2023-cü il tarixlərində Türkiyə Respublikasına ezam olunduğum müddətdə həmin hospitalın funksional bölmələrinin tibbi təminatını təşkil etmişəm. Hospitalda Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan könüllü həkimlər assosiasiyasının əməkdaşları tərəfindən minlərlə zərərçəkmiş insanlara tibbi yardım göstərilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...